"Təyyarəni İran vurub, əlimizdə sübut var" -

Kanada prezidenti Castin Trüdo İranda qəzaya uğrayan Ukrayna təyyarəsi ilə bağlı diqqətçəkən açıqlama verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Trüdo həm öz kəşfiyyatlarına, həm də bəzi müttəfiq ölkələrdən alınan məlumatlara istinad edərək deyib ki, təyyarə raketlə vurulub:

"Əlimizdəki kəşfiyyat məlumatlarına görə, Ukrayna təyyarəsi qurudan havaya bir İran raketi ilə düşürülüb, ancaq bu qəsdən olmaya da bilər".

Trüdo əllərindəki məlumatlardan əmin olduqlarını bildirib.

Qeyd edək ki, Tehran yaxınlığında təyyarənin qəzaya düşməsi nəticəsində 26-sı uşaq olmaqla 176 nəfər həyatını itirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR