Bakıda kişi 15 manata görə daşla döyülüb

Bakıda kişi 15 manata görə daşla döyülüb
11:07 10 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda kişi 15 manata görə daşla döyülüb.
“Report” xəbər verir ki, hadisə yanvarın 9-da saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonun Binəqədi qəsəbəsi, Binəqədi şosesi ərazisində baş verib.
Belə ki, naməlum şəxs Masallı rayon sakini E.Abışovu daşla vuraraq, ona bədən xəsarəti yetirib. Daha sonra həmin şəxs E.Abışovun 15 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.
Yaralı xəstəxanaya çatdırlıb və onun vəziyyəti qənaətbəxşdir.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri (180, 181, 234 və 236-cı maddələri) məhkum olunmuş Oleq Solotçenko saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ-də onun barəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kisi-15-manata-gore-dasla-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR