Bakıda bacanaqlar arasında qısqanclıq davası – İŞ ŞƏHƏR PROKURORLUĞUNA VERİLDİ

Bakıda bacanaqlar arasında qısqanclıq davası – İŞ ŞƏHƏR PROKURORLUĞUNA VERİLDİ
11:48 10 Yanvar 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Bakı şəhəri Xətai rayonu ərazisində baş vermiş qətl hadisəsinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılacaq.

Publika.az xəbər verir ki, Səməd bəy Mehmandarov küçəsində Cəfərov Xəyal Aydın oğlunun güllələnərək öldürülməsi ilə bağlı açılan cinayət işinin materialları Xətai rayon Prokurorluğundan alınaraq şəhər prokurorluğuna verilib.

Hadisəyə gəlincə, X.Cədərovun bacanağı tərəfindən qısqanclıq zəminində törədildiyi məlum olub.

Belə ki, Kamran Mahmudov bacanağını həyat yoldaşına qısqanıb. O, digər 2 bacanağı ilə söhbət edərək Xəyalla məsələni birlikdə söhbət edərək həll etməyə qərar verib. Digər bacanaqlardan Nazim Eminov Kamranın dəvətini qəbul edərək Xəyalla söhbətə gedib və küçədə onu qarşılayıblar. Mübahisə zəminində Kamran Mahmudov kustar üsulla hazırlanmış odlu silahla Xəyalın başına atəş açıb. O, hadisə yerində keçinib.

Cinayətdə iştirak etmiş 2 bacanaq tutularaq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Muxtar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/301509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR