Ukrayna Hava Yollarına məxsus təyyarə raketlə vurulmayıb.
Publika.az xəbər verir ki, bunu İran prezident Administrasiyasının mətbuat katibi Əli Rəbiyi açıqlayıb.
O, yazılı açıqlamasında bildirib ki, bu iddia ABŞ tərəfindən ortaya atılıb və hədəfdən yayındırmaq məqsədi daşıyır.
Rəbiyi İran Mülki Aviasiya İdarəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına əsasən komissiya qurulduğunu və olayın şəffaf, diqqətli və sürətli şəkildə analiz edildiyini qeyd edib.
Əlaqədar ölkələrin mütəxəssisllərinin iştirakı ilə qəzanın bütün istiqamətlərinin araşdırıldığını bildirən mətbuat katibi təyyarənin sahibi Ukrayna, istehsalçı şirkət “Boeing”, motor istehsalçısı Fransa və qəzada vətəndaşları ölən hər ölkənin təhqiqara daxil ola biləcəyini vurğulayıb.
“ABŞ tamamilə tanış olduğumuz əməliyyatın bir parçası olaraq Pentaqondan adını vermək istəməyən səlahiyyətli şəxsin ağzından təyyarəyə çırpılan 2 raketə görə qəzanın baş vermə xəbərini mətbuata sızdırdı. Bu iddianın gələcəkdə reallıqdan uzaq və yalan olduğu ortaya çıxacağı üçün kimsə məsuliyyəti üzərinə götürməyəcək”, - sözçü qeyd edib.