Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır
12:58 10 Yanvar 2020
30 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu il bilik yarışının ilkin mərhələsində təxminən 35000 şagirdin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir.

Olimpiadalar rayon (şəhər) və Respublika olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi isə yarımfinal və final turları olaraq keçirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/301518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR