Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayı açıqlanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayı açıqlanıb
14:27 10 Yanvar 2020
36 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayını açıqlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə IOC-un İsveçrənin Lozanna şəhərində iclasında məlumat verilib.
Olimpiadada 100 qadın, 189 kişi boksçusunun mübarizə aparacağı bildirilib.
Beynəlxalq Boks Assosiasiyasının (AIBA) iskvalifikasiyası ilə əlaqədar IOC "Tokio-2020"də boks yarışlarının təşkilini üzərinə götürüb.
Kişilərin yarışında səkkiz, qadınlarda isə beş çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Olimpiadada iştirak edəcək bokçular yanvar - may aylarında keçiriləcək lisenziya turnirlərindən sonra bəlli olacaq.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 24-də başlayacaq, avqustun 9-da yekunlaşacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/tokio-2020-yay-olimpiya-oyunlarinda-istirak-edecek-bokscularin-sayini

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR