Türkiyədə bir gündə ikinci dəfə gəmilər toqquşdu

Türkiyədə bir gündə ikinci dəfə gəmilər toqquşdu
15:17 10 Yanvar 2020
56 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Dardanel boğazında sərnişin bərəsi 26 metr uzunluğunda balıqçı gəmisi ilə toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bərədə və balıqçı gəmisində olan sərnişinlər və heyət üzvləri təxliyə edilib.

Hadisənin səbəbləri məlum deyil.

Qeyd edək ki, bu, gün ərzində baş verən ikinci gəmi qəzasıdır. Belə ki, səhər saatlarında Türkiyədə Bosfor boğazında Rusiya bayrağı altında üzən tanker balıqçı gəmisi ilə toqquşub.

Hadisə nəticəsində balıqçı gəmisinin heyət üzvündən 3 nəfəri itkin düşüb, 3 nəfəri isə xilas etmək mümkün olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR