Xaçmazda 24 yaşlı qız dəm qazından zəhərlənib

10:27 17 Yanvar 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 10:25 ]


Xaçmaz. Vəli Turan - APA. Xaçmaz şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

 

APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz şəhəri, Sabir küçəsində yaşayan 1991-ci il təvəllüdlü Ağazeyeva Könül Nurəddin qızı dəm qazından zəhərlənib. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti stabilləşib və tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR