Dəhşətli qəzaya düşdüyü deyilən məşhur müğənni canlı yayımda - VİDEO - FOTO

Dəhşətli qəzaya düşdüyü deyilən məşhur müğənni canlı yayımda - VİDEO - FOTO
17:27 10 Yanvar 2020
126 Şou
Ölkə mətbuatı
A- A+

Baxdım ki, özüməm, şoka düşdüm.

Milli.Az bildirir ki, avtomobil qəzasına uğradığı deyilən müğənni Vüqar Muradov ARB TV-nin "Elgizlə İzlə" verilişinin canlı yayımına gələrək haqqında yayılan xəbərə münasibət bildirib.

"4-5 gün öncə Qax tərəfdə toydaydım. Dedim gedim evdəkiləri də görüm, onlarla istirahət edim. Dünən atam, qardaşım və mən birlikdə notariusa getmişdik. Orada olanda dostum Rövşən Tağıyev telefonuma şəkil göndərdi ki, Vüqar, bu, nə xəbərdir? Baxdım ki, özüməm, şoka düşdüm. Və paylaşılan adamın profilini atdı. Dedi ki, bu insan paylaşıb, bank kartı ilə pul yığır. Dedim bu, hər kimdirsə mənim adımdan istifadə edib pul yığmağa çalışır. Yaxınlıqda həmin bankın filialı vardı. Banka girib birbaşa müdirin yanına qalxdım. Pul yığmaq üçün paylaşılan bank hesabının bağlanmasını istədim. Daha sonra həmin paylaşımı edən adamın Feysbuk hesabına girdim. Etdiyi paylaşımın altında telefon nömrəsi var idi. Zəng etdim həmin nömrəyə mənə dedi ki, bu, yalan xəbər deyil. Həqiqətən də, belə adam var. Yaralıdır. Köməyə ehtiyacı var. Video göndərdi mənə. İnsan insana bu qədərmi oxşayar?! Gedib ona baş çəkəcəyəm. Mənim üçün narahat olan insanların qarşısında baş əyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/816888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR