Lökbatanda quldurluq edən şəxslər saxlanıldılar

Lökbatanda quldurluq edən şəxslər saxlanıldılar
17:57 10 Yanvar 2020
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini Ş.Mustafayev yanvarın 8-də qəsəbə ərazisində 2 nəfərin ona hədə-qorxu gələrək 500 manat verməsini tələb etdiklərini bildirib.

Qeyd edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Yevlax rayon sakini O.Namazov və Goranboy rayon sakini T.Hüseynov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/816839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR