Azərbaycanlı tədqiqatçı-alim Gürcüstanda fəxri fərmanla təltif olunub

Azərbaycanlı tədqiqatçı-alim Gürcüstanda fəxri fərmanla təltif olunub
18:07 10 Yanvar 2020
43 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzinin (BMM) koordinatoru, tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Gürcüstanda mükafata layiq görülüb.
“Report”un yerli bürosu xəbər verir ki, azərbaycanlı alim “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq İttifaqının fəxri fərmanı ilə mükafatlandırılıb.
Fəxri fərmanı G.Kazımlıya Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində İttifaqın sədri Giorgi Gegeçkori təqdim edib.
O bildirib ki, azərbaycanlı tədqiqatçı bu mükafatla Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfəyə görə təltif olunub.
G.Gegeçkori rəhbərlik etdiyi İttifaq və BMM arasında ötən il əməkdaşlıq haqqında memorandumun imzalandığını xatırladıb. O, iki təşkilat arasında sıx əməkdaşlığın qurulacağına ümidvar olduğunu bildirib.
G.Kazımlı fəxri fərmana layiq görüldüyünə görə “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanli-tedqiqatci-alim-gurcustanda-fexri-fermanla-teltif-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR