Bakıda iki avtobus toqquşub

Bakıda iki avtobus toqquşub
19:52 10 Yanvar 2020
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Mehmandarov küçəsində - "Afrodita" şadlıq evinin yaxınlığında qeydə alınıb.
Belə ki, 81 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu 36 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna arxadan çarpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-iki-avtobus-toqqusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR