Merilin Monro intihar edib, yoxsa öldürülüb? - Məxfi sənədlər açılır…

Merilin Monro intihar edib, yoxsa öldürülüb? - Məxfi sənədlər açılır…
20:05 10 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Merilin Monro haqqında tapılan gizli sənədlər onun ölümünün sirrini açmağa kömək edəcək.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 2039-cu ilədək möhürlənmiş sirli sənədlər qutusu Monronun psixiatrı tərəfindən öldürüldüyünü sübut edə bilər.

Sənədlərin onun meyitini tapan və aktrisanın 1962-ci ildə ölümünə səbəb olan yüksək dozalı psixatrop həblərin istifadəsini ona tövsiyə edən həkim Ralf Qrinsona aid olduğu bildirilir.

Müstəntiq Beki Oldric Kaliforniya Universitetinin kitabxanasında sirli bir qutu tapıb. Qutuda aktrisa haqqında bir çox sənədin olduğu bildirilir.

Oldric həkim Qrinsonun Monronun Kennedi qardaşları ilə olan sevgi münasibətlərini açıqlayacağını bildirdikdən sonra aktrisanı susdurmaq üçün öldürdüyünü iddia edir.

"Mən həmişə Merilin Monronun öldürüldüyünə inanmışam. Bütün hekayələrə, kitablara, ifadələrə və hətta sübutlara baxsanız, Merilin Monronun öldürüldüyünü görərsiz",- o, əminliklə bildirib.
Xəfiyyə aktrisanın ölümünü qətl kimi araşdırmaq üçün baş prokurora ərizə yazıb. O, ərizədə ölümü zamanı Monronun yanında olan iki nəfərdən ifadə alınmasını xahiş edib. Bu çavuş Marvin Yannon və Monronun dostu Patrik Nyukompdur.

Oldric bildirib ki, Nyukomp Monronun cənazəsindən sonra ölkəni tərk edərək 6 ay Avropaya səyahətə gedib.

Qeyd edək ki, Merilin Monro 1962-ci ildə malikanəsində ölü tapılıb. Onun ölüm səbəbi kimi həddindən artıq dozada dərman qəbul etməsi göstərilib. Aktrisa ömrünün sonunda depressiyadan əziyyət çəkirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR