Meksikada şagirdi müəllimini qətlə yetirib

Meksikada şagirdi müəllimini qətlə yetirib
21:27 10 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Meksikanın şimalında məktəbli qətl hadisəsi törədib.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə Koahuilya ştatının Torreon şəhərindəki kollecdə, səhər saatlarında baş verib.
Kollecin 11 yaşlı şagirdi atəş açaraq müəllimini qətlə yetirib. Hadisə zamanı daha 5 şagird və başqa müəllim də yaralanıblar. Hadisəni törədən yeniyetmə sonra intihar edib. Qeyd edilir ki, yaralılardan biri 7, digəri 8 yaşındadır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-mekteb-sagirdi-muellimesine-ates-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR