Azərbaycanın voleybol yığması Avropa təsnifat turnirində son görüşündə də uduzub

Azərbaycanın voleybol yığması Avropa təsnifat turnirində son görüşündə də uduzub
00:32 11 Yanvar 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində son oyununu keçirib.
"Report" xəbər verir ki, Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv Polşa ilə üz-üzə gəlib. Formal xarakterli qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0. Bununla da Polşa 3 oyundan 9 xalla A qrupunun qalibi olub. İkinci yeri 6 xalla Niderland tutub. Bolqarıstan 3 xalla 3-cü olub və xalı olmayan Azərbaycanla birgə qrupda qalıb.
Yarımfinalda Polşa Türkiyə ilə, Niderland isə Almaniya ilə üz-üzə gələcək. Olimpiadaya turnirin qalibi yüksələcək.
Qeyd edək ki, Azərbaycan və Polşa turnir öncəsi təlim-məşq toplanışı zamanı iki yoxlama görüşü keçiriblər. Oyunların hər ikisi Polşanın qələbəsi ilə yekunlaşıb.
10 yanvar
Avropa Təsnifat Turniri
23:00. Polşa - Azərbaycan - 3:0 (25:19, 25:19, 25:23)
Hakimlər: Sinişa Ovuka (Bosniya və Herseqovina), David Fernandes Fuentes (İspaniya)
Apeldorn (Niderland), "Omnisport" İdman Sarayı.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-voleybol-yigmasi-avropa-tesnifat-turnirinde-son-gorusunde-d

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR