Qazaxın Kəmərli və Daş Salahlı kəndlərində döyüş sursatları aşkarlanıb

Qazaxın Kəmərli və Daş Salahlı kəndlərində döyüş sursatları aşkarlanıb
02:32 11 Yanvar 2020
138 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətindən AzərbaycanRespublikası ƏrazilərininMinalardanTəmizlənməsi üzrə MilliAgentliyə (ANAMA) Qazax rayonunun Kəmərli kəndi ərazisində döyüş sursatlarının və Daş Salahlı kəndi ərazisində 1 ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan “Report”a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları əraziyə göndərilib və ora baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Kəmərli kəndi ərazisində Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 23 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 455 ədəd müxtəlif çaplı patron, 3 ədəd işıqlandırıcı füşəng, 1 ədəd avtomat darağı (boş) və 4 ədəd pulemyot lenti (boş) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmış, ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Daş Salahlı kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunmuş, ətrafında 100 kv.m əraziyə yerüstü baxış zamanı əlavə 1 ədəd də 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub. Top mərmisinin silahdan atıldığını, üzərində partladıcısının olduğunu və havanın qaranlıq olmasını nəzərə alaraq, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının mühafizəsinə verilməklə növbəti iş günü yerində zərərsizləşdirilməsi qərara alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qazaxin-kemerli-ve-das-salahli-kendlerinde-doyus-sursatlari-askarlani

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR