İran qəzaya uğrayan təyyarə ilə bağlı hesabat təqdim edəcək

İran qəzaya uğrayan təyyarə ilə bağlı hesabat təqdim edəcək
06:03 11 Yanvar 2020
80 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün İranın araşdırma komitəsi Tehranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi ilə bağlı hesabat təqdim edəcək.

Publika.az xəbər verir ki, mətbuat konfransında komitə üzvləri laynerin qəzaya uğramasının səbəblərini açıqlayacaq. Konfransa xarici ekspertlər də qatılacaq.

Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 176 nəfər həyatını itirib. İran hadisənin texniki nasazlıq səbəbiylə baş verdiyini irəli sürüb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR