Dünyada smartfonlar üçün ən kiçik 3D kamera təqdim edilib

Dünyada smartfonlar üçün ən kiçik 3D kamera təqdim edilib
07:05 11 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

3D kameralar kimi tanınan "ToF" modullar qurğunun sahibini müəyyənləşdirmək, ödənişləri təsdiqləmək və ya çəkiliş keyfiyyətini artırmaq üçün əsas kameranın bir hissəsi kimi bir çox istehsalçıların smartfonlarında istifadə olunur. Almaniyanın "PMD Technologies AG" şirkəti dünyada ən yığcam belə sensoru təqdim edib. Həmin sensorun əsas özəlliyi yüksək təsvir ölçüsü və nazik qurğulara quraşdırılma imkanıdır.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, VGA təsvir ölçüsü və 5 mkm piksel ölçüsünə malik "IRS2877C" təsvir sensoru əsasında işləyən yığcam modul üz tanıma və jestlə idarəetmə daxil olmaqla müxtəlif məsələlərin həlli üçün nəzərdə tutulub. Miniatür ölçüyə malik olması sensoru smartfon və başqa mobil qurğulara quraşdırmağa imkan verir. İstehsalçıların iddiasına görə, sensor smartfonun kamerası moduluna daxil edildikdə fokuslamanı və bulanıqlıq effektinin keyfiyyətini xeyli yaxşılaşdırır.
 
Sözügedən yığcam modulun tədarük tarixi və qabaqcıl 3D kamera ilə təchiz ediləcək ilk smartfonların siyahısı haqda məlumat yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR