Sultan Qabus bin Səid vəfat edib

Sultan Qabus bin Səid vəfat edib
07:17 11 Yanvar 2020
90 Dünya
Ölkə mətbuatı
A- A+

Omanın Sultanı Qabus bin Səid 79 yaşında vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Omanın Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Sulatının ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib, dövlət bayraqları 40 günlük endirilib.

Xatırladaq ki, Qabus bin Səid 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son zamanlar KİV-lərində onun vəziyyətinin pisləşməsi barədə dəfələrlə xəbərlər yayılıb.

Qeyd edək ki, Qabus bin Səid 1970-ci ildən hakimiyyətdə olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR