Məşhur həkim bərk sabunlarda gizlənən təhlükədən DANIŞDI

Məşhur həkim bərk sabunlarda gizlənən təhlükədən DANIŞDI
10:03 11 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

“Qrip mövsümü olduğu üçün əllər tez-tez yuyulmalıdır. Amma əlləri düzgün yumağın bəzi qaydalarını çoxları bilmir”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, əllərin düzgün yuyulması barədə vacib qaydaları açıqlayıb.

1. Sabun+ iliq su ilə yuyulma minimum 20 saniyə davam etməlidir. Bəziləri 5-6 saniyədə əl yuyur, islatmaqla kifayətlənir. Lakin bu vaxt bakteriyaların mexaniki təmizlənməsi üçün kifayət deyil. Uşaqlara deyin ki, əlləri yuduqca “Uşaq və buz” şeirini 3 dəfə təkrar etsin.

2. Əlləri yuduqda dırnaqların altında və barmaqların arasındakı ciblərdə, dəri büküşlərində çoxlu bakteriya gizləndiyini nəzərə alın, həmin nahiyələr daha yaxşı ovulmalıdır.

3. Bərk sabundan istifadə edirsinizsə, o yuyulmadan əvvəl və sonra yaxalanmalıdır. Növbəti yuyulmada sabun quru vəziyyətdə olmalıdır. Nəm sabun infeksiya mənbəyidir.

4. Bakteriosid sabun yoxdur. Bu adla satılanlar bakteriyaları öldürə bilməz. Əksinə, bakteriosid adı ilə satılan sabunlarda triklosan maddəsi var ki, onun da bakteriyaların antibiotikə davamlılığı artırdığı məlum olub.

5. Yenidən doldurulan qablarda olan maye sabundan istifadə edirsinizsə, (idman zallarında, restoranlarda və digər ictimai hamam və tualetdə) nəzərə alın ki, tərkibində 26 dəfə daha çox bakteriya var.

6. Əlləri dəsmalla quruladıqdan sonra onu yumadan ikinci dəfə istifadə etmək məsləhət deyil. Çünki nəm dəsmal bakteriya mənbəyidir.

7. Kağız dəsmallarla qurulama daha çox məsləhətdir.

8. Restoranlarda və bəzi evlərdə olan hava quruducu məsləhət deyil. Əgər əlləri qurutmaq üçün digər vasitə yoxdursa, hava quruducunun altında əlləri çox saxlamaq lazımdır ki, tam quruduğuna əmin olasınız.

9. Əlləriniz tam qurumayıbsa, digər obyektlərə toxunanda patoloji bakteriyanın artıb çoxalması üçün əllərinizdə yaxşı şərait yaranır.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/301533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR