Bəzi yerlərdə yağış və qar yağacaq

Bəzi yerlərdə yağış və qar yağacaq
10:12 11 Yanvar 2020
85 Ölkə
Ölkə mətbuatı
A- A+

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 12-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava, əsasən, yağmursuz keçəcək. Lakin yanvarın 11-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-5, gündüz 6-11, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Aran rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava, əsasən, yağmursuz keçəcək. Lakin yanvarın 11-də gecə və səhər dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1-6, dağlıq ərazilərdə 8-11 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Paytaxtda arabir yağış yağacağı, yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, yanvarın 12-də mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-6, gündüz 6-10 dərəcə isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/816972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR