"Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisinin dəqiq cədvəli açıqlanıb

"Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisinin dəqiq cədvəli açıqlanıb
10:17 11 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

"Formula 1" üzrə 2020-ci il mövsümü üçün mərhələlərin dəqiq cədvəli dərc olunub.
"Report"un məlumatına görə, bu il Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək.
Sərbəst yürüşlərdən ikisi ilk yarış gününə (13:00 - 14:30 və 17:00 - 18:30), sonuncusu isə 6 iyuna (14:00 - 15:00) təsadüf edəcək. İkinci yarış günündə həm də təsnifat yürüşü (17:00 - 18:00) keçiriləcək.


Nəhayət, 7 iyun saat 16:10-da yarışa start veriləcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il ardıcıl 5-ci dəfə təşkil olunacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-uzre-2020-ci-il-azerbaycan-qran-prisinin-deqiq-cedveli

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR