Vladimir Zelenski: "İrandan rəsmi üzrxahlıq gözləyirik"

Vladimir Zelenski: "İrandan rəsmi üzrxahlıq gözləyirik"
12:22 11 Yanvar 2020
41 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna İrandan vurulmuş sərnişin təyyarəsi ilə bağlı rəsmi üzrxahlıq, məsul şəxslərin cəzalandırılmasını və təzminat ödənilməsini gözləyir.
“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Facebook” səhifəsində yazıb.
“Hələ beynəlxalq komissiya işini bitirməmiş İran günahını etiraf etdi. Lakin biz bütövlüklə etiraf tələb edirik. Biz İrandan hərtərəfli və açıq təhqiqat aparmaq üçün hazır olduqlarını bildirməyi, təqsirkar şəxsləri məsuliyyətə cəlb etmələrini, meyitləri qaytarmalarını, təzminat ödənişini, diplomatik kanallarla rəsmi üzrxahlıq gözləyirik... Araşdırmaların bundan sonra da süni əngəlsiz, yubanmadan gedəcəyinə ümidvarıq. Haqq-ədalətin bərqərar olması üçün 45 mütəxəssisimiz üçün əməkdaşlıq və sərbəst iştirak etmək imkanları yaradılmalıdır”, - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, bundan əvvəl İran hökuməti təyyarənin bilmədən vurulduğunu açıqlamışdı.
Xatırladaq ki, çərşənbə günü Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Benyəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi bir az sonra vurulmuş, nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olmuşdu.

Xəbərin orijinal ünvanı: https://report.az/region/vladimir-zelenski-i-randan-resmi-uzrxahliq-gozleyirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR