Dubay daşınmaz əmlak sahəsində daha bir rekorda imza atıb

Dubay daşınmaz əmlak sahəsində daha bir rekorda imza atıb
14:52 11 Yanvar 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən hündür binası – “Bürc Xəlifə”nin yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərinin Dubai şəhəri daşınmaz əmlak sahəsində daha bir rekorda imza atıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, burada 3D printerindən istifadə etməklə dünyanın ən böyük binası tikilib.
Ümumi sahəsi 650 kvadrat metr, hündürlüyü isə 9,5 metr olan ikimərtəbəli inzibati binanın layihəsini ABŞ-ın Nyu-York şəhərindən olan “Apis Cor” startap-ı hazırlayıb. Bu startap ötən il ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Marsda 3D tipli binaların inşa edilməsi ilə bağlı elan etdiyi müsabiqənin qalibi olub.
Dubaydakı binaya gəlincə isə, bu tikinti zamanı quraşdırma işləri görülməyib. Sadəcə binanın ərazisi çap sahəsindən böyük olduğuna görə kran vasitəsilə hərəkət edən xüsusi səyyar qurğudan istifadə edilib. Beləliklə bütün bina mərtəbə-mərtəbə 3d printerində çap edilərək ucaldılıb.
Əlverişsiz hava, o cümlədən qum fırtınalarına baxmayaraq inşaat işləri uğurla başa çatdırılıb. İndi də yerli bələdiyyə bütöv bir yaşayış rayonunu çap etdirməyi düşünür.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/dubay-dasinmaz-emlak-sahesinde-daha-bir-rekorda-imza-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR