Oğuzda yol qəzasında 90 yaşlı kişi ölüb

Oğuzda yol qəzasında 90 yaşlı kişi ölüb
15:27 11 Yanvar 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

Oğuzda yol qəzasında 90 yaşlı kişi ölüb.
"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qumlaq kəndi ərazisində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Yusif Abdulqədirovun idarə etdiyi minik avtomobili ilə yük avtomibili toqquşub. Nəticədə Y.Abdulqədirov və onun sərnişini 1929-cu il təvəllüdlü Əhməd Rəhimov ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 
90 yaşlı Ə.Rəhimov xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oguzda-yol-qezasinda-90-yasli-kisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR