Omanın yeni sultanı bəlli oldu

Omanın yeni sultanı bəlli oldu
16:12 11 Yanvar 2020
52 Dünya
Ölkə mətbuatı
A- A+

Omanın yeni sultanı bəlli olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ötən gecə vəfat etmiş sultan Qabus bin Səidn yerinə onun əmisi oğlu, ölkənin Mədəniyyət naziri Heysəm bin Heysəm bin Tariq əl Səid taxta çıxıb.

Qeyd edək ki, vəfat etmiş sultanın övladları olmadığı üçün vərəsəlik onun qohumlarından birinə keçib.

Xatırladaq ki, Qabus bin Səid 79 yaşında vəfat edib. O, 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qabus bin Səid 1970-ci ildən hakimiyyətdə olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/817008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR