Əli Əhmədov: "YAP parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb"

Əli Əhmədov: "YAP parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb"
16:47 11 Yanvar 2020
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.

Ə.Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, bütün sahələr üzrə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb. Əli Əhmədov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə müasir dövrün çağırışları ilə səsləşən islahatlar həyata keçirilir və xalqımız, cəmiyyətimiz bu islahatları dəstəkləyir.

Hazırda ölkəmizin mühüm siyasi hadisə ərəfəsində olduğunu deyən YAP Sədrinin müavini fevralın 9-da Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini qeyd edib.

Müşavirədə parlament seçkiləri kampaniyası ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/817091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR