Yunanıstanda qanunsuz miqranların olduğu gəmi batıb

Yunanıstanda qanunsuz miqranların olduğu gəmi batıb
17:07 11 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

İon dənizində, Yunanıstana məxsus Paksos adası yaxınlığında qanunsuz miqrantları daşıyan gəmi batıb. 
"Report" “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər ölüb, 21 nəfər xilas edilib. 
Bu barədə Yunanıstanın Sahil Mühafizəsi məlumat yayıb. Məlumata görə, qəza yerinə helikopter və gəmilər cəlb edilib.
BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2019-cu ildə Yunanıstana 74,5 minədək qaçqın və köçkün gəlib. Onların əksəriyyəti dəniz yolunu seçib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yunanistanda-qanunsuz-miqranlarin-oldugu-gemi-batib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR