“Boeing 737 Max” təyyarələrinin istehsalının dayandırılması 3 min insanı işsiz qoyacaq

“Boeing 737 Max” təyyarələrinin istehsalının dayandırılması 3 min insanı işsiz qoyacaq
17:12 11 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Boeing” korporasiyasının “Boeing 737 Max” təyyarələrinin istehsalını dayandırması 3 minə yaxın insanı işsiz qoyacaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunlar həmin təyyarələrin detallarını 70%-ni hazırlayan “Spirit AqeroSystems” şirkətinin əməkdaşlarıdır.
Şirkət Kanzas ştatının Uiçita və Oklahoma ştatının Tulsa şəhərindəki müəssisələrinin təxminən 3 min işçisini vəzifəsindən azad etməyə hazırlaşır. Qurumda hesab edirlər ki, “Boeing 737 Max”ların istehsalı bərpa olunsa belə həmin detallara tələbat indikindən az olacaq. Çünki anbarlarda 100-dən artıq təyyarə üçün istehsal edilmiş ehtiyat hissələri yığılıb, üstəlik əvvəlki dövrdə istehsal olunaraq müştərilərə
çatdırılmamış yüzlərlə hazır təyyarə var. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/boeing-737-max-3-min-insani-issiz-qoyacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR