Windows 10 dəyişir – indi əsas böyük yenilənmə ildə bir dəfə çıxacaq

Windows 10 dəyişir – indi əsas böyük yenilənmə ildə bir dəfə çıxacaq
20:12 11 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bildiyinmz kimi, Microsoft ildə iki dəfə- yazda və payızda Windows 10 üçün böyük yenilənmə buraxır. Bir zamanlar şirkətin bildirdiyinə görə, Windows 10 yalnız növbəti əməliyyat sistemi deyil, xidmətdir. Buna görə də, yaxın gələcəkdə şərti Windows 11-i gözləmək lazım deyil.

Milli.Az ted.az-a istinadən bildirir ki, eyni zamanda, 2019-cu ildəki iki böyük yeniləmə "bərabər hüquqlu" deyildi. Bahardakı yeniləmə bir çox yeni xüsusiyyətləri və həlləri gətirib, payızdakı isə daha çox optimallaşdırma və təkmilləşdirməyə yönəldilib.

Mənbələr iddia edirlər ki, cari ildə də vəziyyət təkrarlanacaq. Windows 10-un 20H1 bahar yeniləməsi artıq hazırdır. O, yeni funksiyalar və dəyişikliklər gətirəcək. Amma payız Windows 10-un 20H2-si yenə kiçik olacaq. Yəqin ki, bu şəkildə Microsoft həm öz istehsalçılarının, həm də iri korporativ müştərilərin yükünü azaltmaq istəyir. Bundan əlavə, bu cür yanaşma şirkətin ƏS-də göstərilən səhvlərin sayını azaltmağa imkan verməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR