Huami Amazfit HomeStudio "ağıllı" qaçış yolunu təqdim etdi

Huami Amazfit HomeStudio "ağıllı" qaçış yolunu təqdim etdi
20:17 11 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Çin şirkəti Huami CES 2020 elektronika sərgisinə böyük ekrana malik olan innovasiyalı qaçış zolağı gətirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Amazfit HomeStudio adlandırılan yeniliyi Studio startapı ilə birgə işləyib hazırlayıblar.

İstehsalçılar qarşı tərəfdə adət etdiyimiz tutacaqları olmayan trenajor yaradıblar.  Əvəzində yan tərəflərdən yerləşdirilən tutacaqlardan birinə qaçış yolunun bütün idarəetməsi etibar olunan smartfon bərkidilir.

Amazfit HomeStudio-da müxtəlif məlumatların göstərildiyi şaquli 43-düymlük ekran təklif olunur, ekranda, həmçinin müxtəlif məşq videolarını izləmək olar. Displeyin üzərində tapşırıqların icrasının düzgünlüyünü izləyən kamera yerləşdirilib.

Qaçış zolağında 1000-dən çox müxtəlif təlimlər təklif olunacaq. Sərgidə Amazfit HomeStudio-nın iki versiyası nümayiş olunub ki, onlardan biri premial versiyaya aiddir.

Burada maksimal sürət 19 km/s-a çatır, ikinci versiya isə 14,5 km/s-a qədər sürətləndirici mühərrik alıb.

Amazfit HomeStudio tezliklə satışa çıxarılacaq, satış qiyməti də elə o zaman açıqlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR