İşçi tapa bilməyən 426 şirkət bağlandı

İşçi tapa bilməyən 426 şirkət bağlandı
20:28 11 Yanvar 2020
77 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyada fəaliyyət göstərən xüsusi araşdırma şirkəti “Shoko Research" keçən il rekord sayda şirkətin işçi qüvvəsinin azlığı səbəbindən müflisləşdiyini açıqlayıb.

Publika.az
xəbər verir ki, 426 firmanın işçi tapa bilmədiyi üçün 2019-cu ildə müflisləşdiyini ortaya qoyan araşdırmaya görə, mövcud rəqəmin əvvəlki illərə nisbətdə 10 faiz artdığı ifadə edilib.

Tədqiqat göstərib ki, sorğuya cəlb olunan şirkətlərin 270-i və ya 60 faizdən çoxu icraçı direktorları təqaüdə çıxdıqdan sonra yerinə keçəcək birini tapa bilmədikləri üçün fəaliyyətlərinə son qoyub. Təxminən 80 şirkət işçi axtarmaq üçün elan və reklamlara müraciət etsə belə, müsbət nəticə olmayıb. 40-dan çoxu təqaüdə çıxan və ya iş dəyişdirən personalın yerinə çalışacaq heyəti tapa bilməyib.

30 şirkət isə işçilərinin maaşını ödəyə bilmədiyindən iflasa uğrayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/301630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR