Kürdəmirdə itkin düşən şəxsin meyiti tapılıb

Kürdəmirdə itkin düşən şəxsin meyiti tapılıb
20:42 11 Yanvar 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Kürdəmir rayonunda itkin düşən Sor-Sor kənd sakinin meyiti tapılıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, aparılan axtarışlar zamanı onun meyiti kənd ərazisindən keçən kanalda aşkar edilib.
Meyit müayinə olması üçün Səhiyyə Nazirliyinin tibbi ekspertiza və patoloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 

20:16***
Kürdəmir rayon sakini itkin düşüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kənd sakini 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlu səhər evdən çıxıb və geri qayıtmayıb.
Nəticədə ailə üzvləri onu axtarmağa başlayıblar. Axtarışlar zamanı Həsrət Hüseynovun oğlu atasının gödəkcəsini kəndin içərisindən keçən kanalın kənarında tapıb.
O, dərhal hüquq mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə zəng vuraraq hadisə ilə bağlı xəbər verib.
Hazırda Həsrət Hüseynovun kanalda axtarışları aparılır. Ehtimal edilir ki, o su kanalında boğulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-itkin-dusen-sexsin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR