Qucaqlaşmağın inanılmaz 11 faydası

Qucaqlaşmağın inanılmaz 11 faydası
21:03 11 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Alimlər qucaqlaşmağın faydalarını açıqlayıb.

Publika.az qucaqlaşmağın 11 üstünlüyünü təqdim edir.

1. Stressi azaldır



Tədqiqatlar göstərir ki, qucaqlaşmaq kimi adi təmas stressi əhəmiyyətli dərəcədə azaldır. Gün ərzində 1 təmas kifayətdir. Bundan əlavə, qucaqlaşmaq zehni sağlamlığı da gücləndirir.

2. Narahatlığı azaldır




3. Uşaqları daha sağlam formalaşdırır



Qucaqlaşma və emosional yaxınlıq "koronar arteriya" xəstəliyinə qarşı təsirli olur.

4. Hər yaş qrupundan olan insanı soyuqdəymədən qoruyur



Araşdırmalara görə, bir-birinə mütəmadi sarılan insanlar daha az xəstələnir.

5. Ağrıları azaldır



Xroniki ağrıdan əziyyət çəkən insanlar problemdən qucaqlaşmaqla qurtula bilər. Həmin an ifraz olunan endorfin hormonu beyindəki opioid reseptorlarını aktiv edərək ağrını minimuma endirir.

6. Xüsusilə boyun və çiyin ağrısını azaldır



Endorfinlə yanaşı dofamin də qucaqlaşma prosesində ifraz olunan hormonlar arasındadır. Dopamin eyni zamanda rahatlaşmış bədən mənasını verir. Bu sayədə boyun və başdakı əzələ sıxılmaları dayanır, sinir və qan damarlarındakı təzyiq azalır, qan axışı yaxşılaşır. Əzələ hərəkət diapazonu inkişaf edir və beləcə ağrı minimallaşır.

7. Bədəniniz daha çox "sevgi hormonu" ifraz edir



"Yaxşı hiss etmə" hormonu olaraq da bilinən oksitosin sarılma ilə birlikdə yüksək miqdarda ifraz olunur. Sarılmaq stress hormonu olan kortizolun səviyyəsini aşağı salır və oksitosinin miqdarını artırır.

8. Qan təzyiqini aşağı salır



Qan təzyiqinin aşağı düşməsi ürəklə bağlı narahatlıqların və xroniki sağlamlıq problemlərinin azalması deməkdir.

9. Ürək ritmini yavaşladır



Qucaqlaşma prosesi ürək ritmini yavaşladıb adrenalin səviyyəsini azaldır.

10. Münaqişələrin həllinə kömək edə bilər

Tədqiqatlara görə, sarılmaq münaqişə əsnasında və sonrasında müsbət hisslərin artmasına köməkçi ola bilir.

11. Fəlsəfi böhranlardan qoruya bilər



Həyatın mənasına, ya da faniliyinə dair fikirlər beyninizi yorursa sarılmağı sınayın.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/301641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR