1997-ci ildən bu günə kimi süni zəka sahəsində yaşanan 11 vacib hadisə

1997-ci ildən bu günə kimi süni zəka sahəsində yaşanan  11 vacib hadisə
21:22 11 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

68 il öncə Alan Turing "Makinalar düşünə bilərmi?" sözləriylə başladığı "Computing Machinery and Intelligence" adlı məqaləsiylə süni zəka termininin təməllərini atmışdı. O gündən bu yana süni zəka son 20 ildə meydana gələn inkişaflarla birlikdə ən məşhur sahələrdən niri oldu.
 
1997-ci ildə dünyanın ən güclü şahmatçılarından biri olan Garry Kasparovun süni zəkaya uduzması isə bu sahəyə olan marağı daha da artırdı. Gəlin həmin andan indiyə kimi süni zəka sahəsində baş verən ən vacib 11 hadisəyə baxaq.
 

1997-ci il

Deep Blue dünya şahmat çempionu Garry Kasparova qalib gəlməyi bacardı. Logistello adlı komputer proqramı Reversi və Othello adlarıyla tanınan stolüstü oyunda dünya çempionu Takeshi Murakamini 6-0 kimi böyük hesabla məğlub etdi...
 

1998-ci il

1998-ci ildə Tiger Electronics Furby adlı bir oyuncaq istehsal etdi. Furby satılmaq üçün istehsal edilən ilk uğurlu oyuncaq robot oldu.

 

1999-cu il

1999-cu ildə Sony tərəfindən AİBO adlı (ilk ev heyvanı robotu olma özəlliyinə sahib) robot istehsal edilib satışa çıxarıldı. Sony, AİBO-nu 2006-cı ilə qədər inkişaf etdirdi...

2000-ci il

MİT Kismet adlı robotu tanıtdı. Kistemi özündən əvvəlki robotlardan ayıran əsas xüsusiyyət hisslərini ifadə edə bilməsiydi.

 

2002 - ci il

iRobot tərəfindən ilk avtonom süpürgə olan Roomba istehsal edildi və satışa çıxarıldı.

 

2004-cü il

NASA Spirit və Oppurtunity adlı avtonom robotlarını səthini və geologiyasını kəşfetmək məqsədilə Marsa göndərdi.

 

2005-ci il

Saatda 6 km-a çatan sürətlə yeriyə bilən və hələ də dünyanın ən çox tanınan robotlardan biri olan ASİMO, HONDA tərəfindən istehsale edildi.

 

2009-ci il

Google insansız avtomobil çalışmalarına "Project Chauffer" layihəsinə başladı.

 

2011-ci il

İBM-in yaratdığı Watson Jeopardy adlı proqramda ən yaxşı 2 oyunçuya qalib olaraq sözün əsl mənasında şoka salmağı bacardı...

 

2015 - ci il

Google DeepMind komandası tərəfindən yaradılan proqram ilk öncə Avropa Go çempionu Fan Huini daha sonra isə 27 qat Go turnir çempionu Koreyalı Lee Sedola qalib olmağı bacardı.

 

2017 - ci il

Süni zəka çalışmalarındakı yeniliklər ard-arda gəldi. Poker oyunu üçün yaradılan Libratus, poker oynamağa başladıqdan 17 gün sonra yenilməz poker oyunçusu oldu.

İnvestorları arasında Elon Maskın da olduğu OpenAİ isə dünyanın ən yaxşı Dota2 oyunçusu olan Dendini məğlub etməyi bacardı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR