Qubada iki avtomobil toqquşub, xəsarət alan var

Qubada iki avtomobil toqquşub, xəsarət alan var
00:27 12 Yanvar 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunda “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-iki-minik-avtomobili-toqqusub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR