Danimarka İranın İraqdakı hərbi bazalara raket hücumundan altı saat əvvəl xəbərdarlıq alıb

Danimarka İranın İraqdakı hərbi bazalara raket hücumundan altı saat əvvəl xəbərdarlıq alıb
00:47 12 Yanvar 2020
97 Dünya
Ölkə mətbuatı
A- A+

Danimarka İranın İraqdakı iki hərbi bazaya raket buraxmasından altı saat əvvəl xəbərdarlıq alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Danimarka Silahlı Qüvvələri xəbərdarlıq alan kimi ABŞ Silahlı Qüvvələrinin bazalarından birində yerləşən kontingentini hazır vəziyyətə gətirə bilib.

Təqribən 130 Danimarka hərbi qulluqçusu "İslam dövləti" terrorçu təşkilatı ilə mübarizə aparan beynəlxalq koalisiya çərçivəsində Eyn-əl-Əsəd aviabazasında yerləşdirilib. Bununla belə, İranın raket hücumu etdiyi Amerika hərbi qüvvələrinin iki obyektindən biri məhz bu baza olub.

Daha əvvəl Danimarka Müdafiə Nazirliyi TV2 kanalının adı çəkilməyən mənbələrə istinadla yaydığı informasiyanı şərh etməkdən boyun qaçırıb. Lakin Müdafiə nazirinin hərbi müşaviri Byorn Biserop etiraf edib ki, hər halda belə bir xəbərdarlıq olub. O deyib: "Mən bizə necə xəbərdarlıq olunduğunun təfərrüatını açıqlamayacağam. Biz bildiriş aldıq və bu bildiriş yaranmış vəziyyətə mümkün qədər yaxşı hazırlaşmağımıza imkan verdi".

Bu xəbərdarlıq sayəsində Danimarka hərbçiləri arasında tələfat və yaralılar olmayıb.

Qeyd edək ki, raket hücumundan sonra Danimarka Silahlı Qüvvələrinin İraqın Eyn-əl-Əsəd bazasında yerləşən hərbi heyətinin bir hissəsini Küveytə göndərmək qərara alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/817032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR