ABŞ-da qar fırtınası davam edir, ölənlərin sayı 8-ə çatıb

ABŞ-da qar fırtınası davam edir, ölənlərin sayı 8-ə çatıb
03:50 12 Yanvar 2020
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Alabama ştatında qar fırtınası nəticəsində ən azı üç nəfər ölüb.

Trend-in məlumatına görə, daha əvvəl Luiziana və Texas ştatlarında da 3 nəfərin öldüyü bildirilmişdi.

Qış fırtınası Çikaqoya istiqamətlənib, həftə sonu şəhəri və ətrafındakı yerləri güclü qar yağmalar gözləyir.

Məlumata görə mindən çox aviareys təxirə salınıb.

Son iki gündə Texas ştatından Miçiqanadək yeddi ştatı bürüyən qar fırtınası nəticəsində minlərlə ev elektriksiz qalıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3176039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR