Güləşçilərimiz Türkiyədə keçirilən TURNİRDƏ 6 medal QAZANDI

Güləşçilərimiz Türkiyədə keçirilən TURNİRDƏ  6 medal QAZANDI
04:48 12 Yanvar 2020
83 İdman
Ölkə mətbuatı
A- A+

İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinin ikinci yarış günü keçirilir.

Publika.az-ın məlumatına görə, yarışda qadınların mübarizəsində Elis Manolova (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) bürünc medala layiq görülüblər.

Yarışa yanvarın 12-də yekun vurulacaq. Turnirin sonuncu günündə qadın güləşçilərimizdən Elmira Qəmbərova, Tatyana Omelçenko (hər ikisi 62 kq) və Səbirə Əliyeva (76 kq) mübarizəyə start verəcəklər.

Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq), Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) finalda, Toğrul Əsgərov (74 kq) isə bürünc medal uğrunda görüşdə yarışacaqlar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/301659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR