Fransadakı etiraz aksiyalarına 150 minə yaxın iştirakçı qatılıb

Fransadakı etiraz aksiyalarına 150 minə yaxın iştirakçı qatılıb
04:50 12 Yanvar 2020
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransada təqaüd islahatlarına qarşı keçirilən etiraz aksiyalarında, Parisdə 21 min etirazçı da daxil olmaqla, 149 min nəfər iştirak edib.

Trend-in məlumatına görə, bu rəqəmlər ən böyük Fransız Həmkarlar İttifaqı (CGT) tərəfindən verilən rəqəmlərə ziddir. İttifaqın hesabatına görə, ancaq Parisdəkı aksiyalarda 150 min nəfər iştirak edib.

Yanvarın 11-də Fransa paytaxtında və digər şəhərlərində bu ilin təqaüd islahatlarına qarşı ikinci böyük etiraz aksiyası baş tutub. Parisdə nümayiş iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunub.

Polis prefekturasından alınan son məlumatlara görə, paytaxt nümayişləri zamanı 19 nəfər saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3176036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR