Dubayda leysanlar səbəbiylə aviareyslər daha bir gün təxirə salınır

Dubayda leysanlar səbəbiylə aviareyslər daha bir gün təxirə salınır
05:43 12 Yanvar 2020
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dubay Hava Limanları İdarəsi, BƏƏ-də davam edən güclü yağışlar səbəbiylə bu gün axşama qədər Dubaya və Dubaydan olan reyslərin təxirə salınması barədə xəbərdarlıq edib.

Dekabrın 11-də hava limanının uçuş zolaqlarını gölə çevirən gün boyu yağan güclü yağışlar səbəbindən, Dubay Beynəlxalq Hava Limanından onlarla uçuş təxirə salınıb.

İdarənin "Twitter" səhifəsində qeyd edilir: "Dekabrın 11-i gecədən fasiləsiz yağan yağışları nəzərə alaraq, Beynəlxalq hava limanında növbəti 24 saat ərzində bəzi uçuşlar təxirə salınacaq və ya digər hava limanlarına yönəldiləcək".

Dubay Hava limanının rəhbərliyi hava limanlarının işlərini yaxın vaxtlarda adi qrafikə qaytarmaq üçün mümkün olan hər şeyi edəcəklərinə əmin ediblər. Sərnişinlərə uçuş cədvəlində mümkün dəyişikliklər ola biləcəyi üçün aviaşirkətlərlə əlaqə saxlamaqları, hava şəraitini və nəqliyyat sıxlığını nəzərə alaraq hava limanına daha tez gəlmələri və imkan daxilində avtomobillər əvəzinə metrodan istifadə etməkləri tövsiyə edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3176055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR