Qətər əmiri Həsən Ruhani ilə görüşəcək

Qətər əmiri Həsən Ruhani ilə görüşəcək
16:15 12 Yanvar 2020
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qətər əmiri Tamim bin Hamad Al Tani İranın paytaxtı Tehrana səfərə gəlib.

Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi bildirib.

Məlumata əsasən, səfər çərçivəsində Qətər əmiri İran prezidenti Həsən Ruhani də daxil olmaqla bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.

Qətərin QNA xəbər agentliyi qeyd etdi ki, əmir Tehrana səfəri zamanı ikitərəfli münasibətləri, bölgədəki son hadisələri, habelə "qarşılıqlı maraqları əhatə edən regional və beynəlxalq problemləri" müzakirə edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3176133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR