Taal vulkanı ilə əlaqədar 3 şəhərin əhalisinin evakuasiyasına başlanıb

Taal vulkanı ilə əlaqədar 3 şəhərin əhalisinin evakuasiyasına başlanıb
16:27 12 Yanvar 2020
71 Dünya
Ölkə mətbuatı
A- A+

Filippin hakimiyyəti Taal vulkanı ilə əlaqədar Batanqas əyalətində 3 yaşayış məntəqəsindən 89 min nəfərin evakuasiyasına başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "CNN Philippines" telekanalı məlumat yayıb.

Evakuasiya San Nikolas, Balete və Talisay şəhərlərini əhatə edir.

Bu gün vulkanının külləri 1 km hündürlüyə qədər yayılıb və bununla əlaqədar Filippin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanın püskürməsi ehtimalını 5 ballıq şkala üzrə 3 bala yüksəldib. İnstitut Taal vulkanına yaxın ərazilərdən insanların evakuasiya olunmasını tövsiyə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/817210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR