İranda daşqınlar: Ölən və yaralanan var

İranda daşqınlar: Ölən və yaralanan var
17:50 12 Yanvar 2020
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranda güclü yağıntılar və daşqınlar nəticəsində indiyədək 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, Sistan və Bəluçestan və Hörmüzqan vilayətlərinin hər birində 1 nəfər daşqınlarda boğulub, bir nəfər isə Hörmüzqan vilayətində uçqunlar altında qalaraq həlak olub.

İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi isə bildirib ki, ötən 5 gün ərzində İranın 26 vilayətində 12 872 nəfərə yardım edilib, 3 132 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Qeyd edək ki, son günlər İranın bir sıra vilayətində güclü qar və yağış yağması nəticəsində bir sıra yollar, mənzillər və infrastrukturlara ciddi şəkildə ziyan dəyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3176150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR