Bu avtomobil 3,74 milyon dollara satıldı -

1968-ci ildə lentə alınan məşhur “Bullitt” filmində aktyor Stiv MakKuinin cinayətkarları təqib etdiyi “Ford Mustang” avtomobili hərraca çıxarılıb.

Metbuat.az xəbər verir ki, ABŞ-da təşkil olunan hərracda avtomobil 3,74 milyon dollara satılıb. Avtomobilin yeni sahibinin kimliyi açıqlanmayıb.

Qeyd edək ki, “Bullitt” filminin ən cəlbedici səhnələri Florida sahillərindən uzaqda, San-Fransiskoda lentə alınıb. Rejissor Piter Yetsin çəkdiyi film ən yaxşı montaj nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.









Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR