Türkiyədə irimiqyaslı antiterror əməliyyatı keçirilir

Türkiyənin Hatay əyalətində genişmiqyaslı antiterror əməliyyatı keçirilir.

Metbuat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, “Kapan-2” (“Tələ-2”) adlı əməliyyata asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarm qüvvələri cəlb edilib.

Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır. Əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.

Hazırda əməliyyat uğurla davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR