İraqda ABŞ həbçilərinin olduğu baza atəşə tutulub, xəsarət alanlar var

İraqda ABŞ həbçilərinin olduğu baza atəşə tutulub, xəsarət alanlar var
21:37 12 Yanvar 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

İraqda ABŞ həbçilərinin yerləşdirildiyi "Balad" bazası atəşə tutulub.
“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” hərbi mənbəyə istinadən xəbər verib.
Qeyd edilir ki, İraqın şimalındakı Salah-ed-Din vilayətində yerləşən bazanın atəşə tutulması nəticəsində dörd hərbçi xəsarət alıb. Yaralıların İraq hərbçiləri olduğu bildirilir.
"Naməlum istiqamətdən Salah-ed-Din vilayətindəki “Balad” bazasına “Katyuşa"nın beş reaktiv mərminin düşməsi İraqın Hərbi Hava Qüvvələrinin dörd hərbi qulluqçusunun yaralanmasına gətirib çıxardı. Onların arasında iki zabit var", - deyə mənbə qeyd edib.
Qeyd edək ki, son günlər baza son günlər 3-cü dəfədir atəşə məruz qalır. Bir neçə gün əvvəl də "Balad" aviabazası yaxınlığında raket düşüb.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqda-abs-hebcilerinin-oldugu-baza-atese-tutulub-xesaret-alanlar-va

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR