Fransa, Almaniya və Britaniya liderləri İranı BHFP üzrə dialoqa çağırıblar

Fransa, Almaniya və Britaniya liderləri İranı BHFP üzrə dialoqa çağırıblar
08:12 13 Yanvar 2020
54 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa, Almaniya və Böyük Britaniya liderləri Emmanuel Makron, Angela Merkel və Boris Conson Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) saxlanılmasına sadiq qalırlar və İranı Vyana razılaşmalarına zidd bütün tədbirləri ləğv etməyə çağırırlar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Yelisey Sarayının yaydığı Fransa, Almaniya və Böyük Britaniya liderlərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz Birgə Hərtərəfli Fəaliyyət Planına və onun saxlanılmasına sadiq qalırıq; biz İranı razılaşmaya zidd bütün tədbirləri ləğv etməyə çağırırıq".

Qeyd edilir ki, liderlər bölgədəki sabitliyi qorumaq üçünTehranla dialoqa başlamağa hazırdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/817365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR