ABŞ İrana qarşı sanksiyaları ləğv edəcək? - AÇIQLAMA

ABŞ İrana qarşı sanksiyaları ləğv edəcək? - AÇIQLAMA
08:22 13 Yanvar 2020
20 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp danışıqlar başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməyəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayenin sözlərin görə, D.Trampın administrasiyası "heç bir vəziyyətdə bunun baş verməyəcəyini" açıq şəkildə bildirib: "Bizimlə danışıqlar aparmaq istəsəniz, sadəcə danışıqlar imtiyazı üçün əvvəlcə bir şeydən imtina etməlisiniz".

ABŞ prezidentinin müşaviri qeyd edib ki, bizə danışıqlar lazım deyil: "Bizim iqtisadiyyatımız fantastikdir... Məhz iranlılara bizimlə danışıqlar lazımdır. Niyə biz birinci nədənsə imtina etməliyik?"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/817371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR