Pompeo və Çavuşoğlu arasında telefon danışığı olub

Pompeo və Çavuşoğlu arasında telefon danışığı olub
08:37 13 Yanvar 2020
52 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Otequsun bəyanatında deyilir.

Bəyanatda deyilir: "Dövlət katibi Mayk Pompeo bu gün Yaxın Şərqdəki hadisələri müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Dövlət katibi M.Pompeo NATO-nun bölgədə daha əhəmiyyətli rol oynamalı olduğunu bir daha bildirib".

M.Pompeo həmçinin ABŞ-ın BMT-nin dəstəyi ilə Suriyada vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiq olduğunu vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/817368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR